“Mürəbbə 6 aydan çox saxlanıldıqda tərkibindəki zərərli maddələrin miqdarı artır” — Qida mütəxəssisi

GÜNDƏM 08 iyul 2024, 20:29
Yay fəsli evdarlığı sevən xanımların mövsümüdür.  Yay boyunca xanımların çoxu mövsüm meyvələrindən mürəbbələr hazırlayaraq qışa tədarük görür. Mürəbbə Azərbaycan mətbəxinin əvəzolunmaz dadlarından olsa da xeyiri ilə yanaşı zərərləri də var. 

Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova Demokrat.az-a açıqlamasında qeyd edib ki, meyvəni sadə şəkildə qəbul etmək daha faydalıdır, nəinki ondan mürəbbə bişirmək:



“Mürəbbə bişirərkən meyvələrin tərkibindəki vitamin və minerallar ölür. Xüsusən də şirin meyvələrin tərkibindəki C vitamini, yəni askorbin turşusu itkiyə gedir. Şirin meyvələrdən hazırlanan mürəbbələrin ümumiyyətlə heç bir xeyiri olmur. Bir kiloqram meyvəyə təxminən eyni miqdarda rafinə olunmuş şəkər əlavə olunur. Bu da orqanizmə çox ziyandır. Yeni hazırlanmış mürəbbənin tərkibində konserogen maddələr yaranır və mürəbbə 6 aydan çox saxlanıldıqda tərkibindəki zərərli maddələrin miqdarı artır. Bu da ürək-damar xəstəlikləri, qaraciyər xəstəlikləri, şəkərli diabet riskini artırır. Faydasını itirməyən mürəbbələr də var. Heyva mürəbbəsi həzmə kömək edir, feyxua, qoz mürəbbəsi də fayalı xüsusiyyətlərini saxlayır. Gün ərzində şəkər miqdarı qadınlar üçün 20 qram, kişilər üçün 35 qramdır. Gün ərzində 5-6 çay qaşığı mürəbbə qəbul etmək olar”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
06 oktyabr 2024, 12:57
Top