Rusiya Ukraynada Uşaq Xəstəxanasını vurub: Ölən və yaralananlar var — VİDEO

DÜNYA 08 iyul 2024, 17:48
Hücum nəticəsində 20-dən çox adam ölüb, 50-yə yaxın adam yaralanıb

İyulun 8-də səhər saatlarında Rusiya Silahlı Qüvvələrinin Kiyevə və Ukraynanın digər şəhərlərinə kütləvi raket zərbələri endirdiyi bildirilir.

Ukrayna Prezidenti Volodimir Zelenskinin “Telegram” kanalında yazdığına görə, hücum zamanı müxtəlif tipli 40-dan çox raketdən istifadə edilib.

Kiyev, Dnepr, Krivoy Roq, Slavyansk və Kramatorsk şəhərləri hücuma məruz qalıb.

Ukraynanın daxili işlər naziri İqor Klimenko bildirib ki, ümumilikdə Ukraynaya hücum nəticəsində 20-yə yaxın adam ölüb, 50-yə yaxın adam yaralanıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
06 oktyabr 2024, 12:57
Top