Bu xəstəliyi olan insanların nəzərinə — Həkimdən XƏBƏRDARLIQ

GÜNDƏM 08 iyul 2024, 20:12
Son zamanlarda havanın çox  isti keçdiyi müşahidə olunur.

Bəs, isti hava  hansı xəstəliyi olan insanlara daha çox təsir edir?

Mövzu ilə bağlı həkim-terapevt Zakir Quliyev Demokrat.az-a açıqlama verib.

"İsti havalar bəzi insanlarda özünü ciddi şəkildə biruzə verən narahatlıq yaradır. Ən çox  uşaqlarda və 60 yaş üstü,  daha çox xroniki xəstəliklərdən əziyyət çəkən insanlarda görülür.



Ürək-qan damar sistemi xəstələri, yüksək təzyiq xəstələri, şəkərli diabet, zob, qan azlığı olan şəxslər bu havalarda daha diqqətli olmalıdır. Bunun üçün mütləq şəkildə açıq havaya çıxarkən şapkalar taxılmalı, qoruyucu eynəklərdən istifadə olunmalıdır. Rahat və açıq rəngli paltarlara üstünlük verilməlidir.

Səhər saat 11:00 və axşam 17:00 arasında  günəşli havaya çıxılmamalıdır. Bu havalarda sərinləşdirici maye qəbulu çox önəmlidir. Burada söhbət təbii ki adi sudan gedir"

Şahanə
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
06 oktyabr 2024, 12:57
Top