Dünya

İran hərbi donanması qəzaya uğradı

İran hərbi donanması qəzaya uğradı

İranın Hörmüzqan əyalətinin Bəndər-Abbas şəhəri yaxınlığında İran donanmasının “Səhənd” esminesində qəza baş verib.

Demokrat.azaxar.az-a istinadla xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

“Qəzaya səbəb, ehtimal ki, gəminin balanslaşdırıcı çəninin nasazlığı və ya freqatın valının təmirdən sonra suyun sızması olub”, - məlumatda qeyd olunub.

Qəza nəticəsində bir neçə nəfərin yaralandığı bildirilib.

NE
Nihadə Eyyubova