Bayden: “Trampı 2020-ci ildə məğlub edəcəm”

DÜNYA 06 iyul 2024, 14:17
ABŞ prezidenti Co Bayden namizədlik müzakirələri ilə bağlı “Seçki yarışından çəkilməyəcəm və qalib gələcəm” deyərək çıxış edərkən Trampı 2020-ci ildə məğlub edəcəyini bildirib.

Demokrat.az xəbər verir ki, Bayden yaşı ilə bağlı tənqidlərə “Prezidentliyim dövründə uğurlar qazananda çox da yaşlı deyildim” deyə cavab verib.

Bayden çıxışında Trampın "ən böyük yalançı və ən böyük təhlükə" olduğunu vurğulayıb.  

ABŞ prezidenti "Tramp təkcə məhkum edilmiş bir cinayətkar deyil, həm də təkbaşına cinayət dalğasıdır" deyib. 

Əfsanə Rəcəb
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top