Azərbaycan sərhədini keçmək istədilər, atəş açıldı — FOTOLAR

KRİMİNAL 06 iyul 2024, 12:47
İyul ayının 3-də saat 23:27-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində iki nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozması müşahidə edilib.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Demokrat.az-a verilən xəbərə görə, sərhəd naryadının "Dayan!" əmrinə məhəl qoymayan sərhəd pozucuları qaçmağa cəhd göstərdikdən sonra "Dövlət sərhədi haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq, havaya xəbərdarlıq atəşi açılıb və onlar saxlanılıblar.

Araşdırma zamanı saxlanılan şəxslərin Qazax rayon sakinləri - 1981-ci il təvəllüdlü Anar Rafayil oğlu Tarıverdiyev və 1983-cü il təvəllüdlü Sərvər Mehman oğlu Carçıyev olması müəyyən edilib, üzərlərinə baxış keçirilərkən 15 kiloqram 25 qram narkotik vasitə (15 kiloqram marixuana; 25 qram tiryək) aşkarlanaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.



SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top