Balakən rayonunda 1966-cı il təvəllüdlü Rəcəb şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Türkana (adlar şərti göstərilib – red.) xəsarət yetirib.
Demokart.az-ın əldə etdiyi məlumata görə, hadisə Balakən rayonunun kəndlərindən birində baş verib. Rəcəb yaşadıqları fərdi yaşayış evində arvadı Türkan ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı onu evdə olan taxta parçası ilə döyüb.
Türkan bu zaman evdən çıxaraq qaçdığı zaman evin həyətyanı sahəsində kolluq əraziyə yıxılıb. Arxasınca gələn Rəcəb Türkanın saçından tutaraq onun sifətinə bir neçə dəfə yumruqlar vurub.
Hadisəni törədən Rəcəbin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Rəcəb ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Türkan ilə evlidir, 3 aydır ki, sərxoş halda evə gəldiyi üçün arvadı onunla kobud formada danışıb: “Buna görə də aramızda mübahisələr yaranıb. Hadisə günü, günorta saat 15 radələrində Türkan ilə birlikdə evdə olan vaxtı ona mənə nahar yeməyi verməsini istədim. Türkan mənə az miqdarda yemək verdi. Nahar yeməyi yeyib mağazadan özümə aldığım 1 litr spirtli içki qəbul etdim. Spirtli içki qəbul edən vaxtı yeməyim bitdi. Türkana yeməkdən doymadığımı, daha da yaxşı bir yemək bişirməsini dedim. Türkan mənə evdə olan ərzaqlardan yemək bişirdiyini, bundan başqa hər hansı yemək bişirə bilməyəcəyini kobud şəkildə dedi. Bu vaxt aramızda mübahisə yarandı. Türkanın ünvanına nalayiq ifadələr işlədərək onu təhqir etdim. Türkan da mənə cavab verdi”.
Təqsirləndirilən şəxs qeyd edib ki, həmin vaxt masa arxasından ayağa qalxıb və evdə olan taxta parçası ilə Türkanın sağ ayağına, bədəninin müxtəlif yerlərinə bir neçə dəfə zərbələr vuraraq onu döyüb: “Türkanı döyən zaman sonuncu əlimdən çıxıb həyətə qaçdı. Türkanın arxasınca həyətə düşərək qaçdım. Türkan həyətyanı sahədə olan kolluq ərazidə yıxıldı. Kolluqda Türkanın saçından dartaraq sifətinə bir neçə dəfə yumruq vurdum. Hadisə baş verdiyi zaman yanımızda heç kim olmayıb”.
İş üzrə zərərçəkmiş qismində ifadə verən Türkanın sözlərinə görə, üç il öncə Şəki rayon sakini Rəcəb ilə evlənib: “Bu evlilikdən övladımız olmayıb. Son 3 aydır ki, Rəcəb mütəmadi olaraq sərxoş vəziyyətdə evə gələrək əsassız yerə mənimlə münaqişə yaratdı, məni təhqir etdi. Hadisə günü, günorta saat 15 radələrində Rəcəb ilə birlikdə evdə olan vaxtı ona nahar yeməyi verməyimi dedi. Rəcəbə yemək verdim. Rəcəb yemək yeyib spirtli içki qəbul etdi. Sərxoş olduqdan sonra Rəcəb mənə gətirdiyim yemək ilə doymadığını, daha da yaxşı bir yemək bişirməsini dedi. Ona evdə olan ərzaqlardan yemək bişirdiyimi, bundan başqa hər hansı yemək bişirə bilməyəcəyimi dedim. Bu vaxt Rəcəb ünvanıma nalayiq ifadələr işlətdi. Aramızda mübahisə yarandı. Rəcəb ayağa qalxıb evdə olan taxta parçası ilə sağ ayağıma bir neçə dəfə zərbələr vuraraq məni evdə döydü. Rəcəbin əlindən qurtulmaq üçün həyətyanı sahəyə düşdüm, qaçarkən həyətyanı sahəsində olan kolluq ərazidə yıxıldım. Rəcəb arxamca qaçaraq kolluqda saçımdan tutaraq sifətimə bir neçə dəfə yumruq vurdu”.
Zərərçəkmiş şəxsin ifadəsinə görə, həmin günün sabahısı Rəcəb onu evdən əşyaları ilə birlikdə qovaraq çıxarıb: “Bir müddət Rəcəbin öz səhvini başa düşərək məndən üzr istəyib, barışacağını güman etdim. Bunun üçün onun barəsində şikayət etmədim. Lakin bu baş vermədiyi, həmçinin Rəcəb mənə evə daxil olmağa icazə vermədiyi üçün Daxili İşlər Nazirliyinin 102 xidmətinə şikayət etdim. Rəcəb ilə birlikdə yaşadığım evə 4000 manat məbləğində təmir üçün pul vəsaiti xərcləmişəm. Rəcəb məni döyən zaman yanımızda heç kim olmayıb”.
Bu cinayət işinə Balakən Rayon Məhkəməsində baxılıb. İşə baxan hakim təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Rəcəbin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli
Demokrat.az