Gəncə şəhərində 1980-cı il təvəllüdlü Mahirə şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı 51 yaşlı İradəni (adlar şərti göstərilib – red.) öldürüb.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, qətl hadisəsi 31 avqust 2021-ci ildə Gəncə şəhərində baş verib. Mahirənin İradə ilə mübahisəsi yaranıb. Mübahisə zamanı ülgüclə İradəyə xəsarətlər yetirib. Qadın aldığı xəsarətlərdən ölüb.
Hadisəni törədən Mahirənin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə anlaqsız vəziyyətdə ifadə verən Mahirənin sözlərinə görə, qızı Samirə ilə birlikdə yaşayıb: “Anam Kifayət, atam Qalib, bacım Nərminə, qardaşım Telli adlı şəxslərdir. 1987-ci ildə orta məktəbə getmişəm, 1998-ci il tarixdə isə məktəbdən məzun olaraq akademiyada “Aqronom” fakültəsinə daxil olmuşam. 2003-cü il tarixdə həmin akademiyadan məzun olmuşam. 2005-ci ildə Tahirlə nikaha daxil olmuşam və 2007-ci ildə boşanmışıq. Həmin evlilikdən 2006-cı il təvəllüdlü Samirə adlı qızım olub. Boşandıqdan sonra Tahir mənə evdən çıxmağımı bildirdi. Mən bir müddət atamgildə yaşadım”.
Təqsirləndirilən şəxs qeyd edib ki, 2018-ci ildə anası Kifayət 3000 manat dəyərində yaşadığı evi ona alıb: “Mən həmin tarixdən qaldığım binanın üst mərtəbəsində yaşayan İradə adlı qadını tanımışam. 2021-ci ilin avqustun 31-də, saat 17 radələrində İradə binanın girişində, blokun önündə döşəyin içində olan yunu yerə tökməklə yudu. İradə əvvəllər də mütəmadi olaraq həmin yerdə yun yuyub. Bu zaman binanın önündə onun yun yumağına etiraz etdim. Etiraz edərkən İradə məni təhqir etməyə başladı. Mənə qarşı nalayiq ifadələr işlətdi. Mən də eyni sözlərlə qarşılıq verdim. Bu zaman evdə bıçaqla yemək bişirmək üçün badımcan soyduğumdan onun soyüşlərini eşidən zaman əlimdə olan bıçaqla binanın həyətinə çıxdım. Daha sonra İradə əlində taxta parçası ilə üzərimə gəldi. İradə taxtanı kənara atmaqla saçımdan tutaraq məni alt hissəsinə saldı. Həmin vaxt ona “burax vuracam” dedim. İradə isə “vur qarın boşluğuma” deyə bildirdi. Bu zaman bıçaq ilə İradənin qarın və sinə nahiyəsinə məni buraxana qədər zərbələr endirdim. Məni buraxdıqdan sonra hərəkətimi dayandırdım. Hadisə yerindən qaçaraq uzaqlaşdım və Gəncə Avtovağzalına getdim. Orada Gəncə-Qazax avtobusuna minərək Qazax rayonuna yollandım. Qazax rayonunun kəndində xalam Vüsalənin nəvəsi Məleykəgilə gedərək qonaq gəldiyimi bildirdim”.
Mahirə deyib ki, hadisə yaşadığı Gəncə şəhərindəki şəhərciyim ərazisində, binanın qarşısında baş verib: “Hadisənin baş verməsinə səbəb İradənin blokun önündə döşəyin içində olan yunu yerə tökməklə yuması, bu zaman binanın önündə yun yumağına etiraz etdikdən sonra onun məni təhqir etməyə başlaması, mənə qarşı nalayiq ifadələr işlətməsi və mənim də eyni sözlərlə qarşılıq verməm olub. Hadisə təxmini olaraq 5-10 dəqiqə çəkdi”.
Mahirə deyib ki, hadisəni törətdikdən sonra Qazax rayonunun kəndində yaşayan xalası nəvəsi Məleykəgilə getməkdə əsas məqsədi orada yerləşən Alban abidəsini ziyarət etmək olub: “Hadisə ilə bağlı, Məleykəgilə heç bir məlumat verməmişəm. Ona görə də onlar sözügedən hadisədən xəbərdar olmayıblar”.
Mahirə qeyd edib ki, İradəyə bıçaq zərbələri vurarkən sonuncu onun saçından tutaraq başını aşağı doğru çəkərək müqavimət göstərib: “Eləcə də hadisə zamanı İradəyə bıçaq zərbələri endirməyimə baxmayaraq, onun ölməsi barədə məlumatım olmayıb. Həmin vaxt hadisə yerindən qaçaraq uzaqlaşdım. Mənim və İradənin digər qonşularla münasibətim yaxşı olmayıb. İradənin qızı ilə də münasibətlərimiz gərgin olub. Mütəmadi olaraq aramızda mübahisələrimiz olub.Hadisə baş verən zaman bizi qonşular ayırdı. İradəyə xəsarətləri mətbəx bıçağı ilə yetirmişəm. Hadisə baş vermədən əvvəl pəncərədən baxarkən İradənin binanın həyətində oturduğunu və yanında süpürgələr olduğunu gördüm. İradə məni təhqir etdikdən sonra bıçaqla çölə çıxmaqda məqsədim mənə xəsarət yetirəcəyi halda özümü müdafiə etmək, habelə İradənin mənim üzərimə gələcəyi halda ona xəsarət yetirmək olub. İradəyə bıçaq zərbələri endirdikdən sonra sonuncu saçını buraxdı və məndən uzaqlaşaraq kənarda sakit şəkildə əyləşdi. Həmin zaman İradənin sol qol nahiyəsindən qan axdığını gördüm. Bu səbəbdən İradəyə heç bir yardım göstərmədim”.
İş üzrə zərərçəkmiş İradənin hüquqi varisi qismində ifadə verən qardaşının sözlərinə görə, İradə o, doğulmazdan öncə evlənərək Gəncəyə köçərək yaşadığından onunla əlaqələri çox sıx olmayıb: “Lakin bəzi vaxtlarda İradə 2-3 il fasilə ilə yay aylarında Goranboy rayonunun kəndinə qohumlarımı ziyarət etmək məqsədi ilə gəlib. 2021-ci ilin avqustun 31-də, saat 18:00-da bacımın qonşusu zəng edərək İradənin öldüyünü bildirdi. Bu zaman dərhal Goranboydan Gəncəyə yola çıxdım. Saat 20 radələrində Gəncə şəhərinə çatdım. İradənin yaşayış binasının qarşısında yun didməsi ilə əlaqədar Mahirə ilə mübahisəsi yarandığını, nəticə olaraq sonuncu bıçaqla bacıma zərbələr yetirdiyini, daha sonra qaçaraq hadisə yerini tərk etdiyini və İradənin həmin xəsarətlərin nəticəsində hadisə yerində öldüyünü bildim. Mən hadisə zamanı orada olmasam da, qonşulardan eşitdim ki, mübahisə İradənin yaşayış binasının qarşısında yun didməsi ilə əlaqədar Mahirə ilə mübahisəsinin yaranması, nəticədə sonuncu bıçaqla İradəyə zərbələr yetirib, daha sonra qaçaraq hadisə yerini tərk edib. İradə həmin xəsarətlərin nəticəsi olaraq hadisə yerində ölüb”.
Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini anlaqsız vəziyyətdə törətməsi sübuta yetirilmiş hesab edib.
Hökmə əsasən, Mahirə ictimai təhlükəli əməli törətdiyi zaman anlaqsız vəziyyətdə olduğuna görə cinayət məsuliyyətindən azad edilib. Təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 95.0.4-cü maddəsinə əsasən ixtisaslaşdırılmış psixiatriya stasionarlarında intensiv müşahidə altında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilib. Qərarın icrası Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına həvalə edilib.
Fariz Məlikli
Demokrat.az