Məşhur sənətçi Ferdi Tayfurun kürəkəni Muhammet Aydın həbs olunub.
Demokrat.az azxeber.com-a istinadən bildirir ki, onun iş otağında aparılan axtarış zamanı 2 sənədsiz silah tapılaraq nəzarətə götürülüb.
Axtarışın ardından polis bölməsində nəzarətə alınan Aydın barəsində məhkəmə istintaqı aparılıb və prokurorluğun göstərişi ilə sərbəst buraxılıb.