Məktəblilər buna görə adam öldürür? — ŞOK EDƏN SƏBƏB

SOSİAL 05 oktyabr 2024, 16:50
Son günlərin ən aktual mövzusu məktəblilərin törətdiyi cinayətlərdir. Bu hadisələrin bir-birinin ardınca təkrarlanması və getdikcə təhlükəli hal alması cəmiyyətdə narahatlıq doğurub. Kriminalın yeniyetməlik dövründəki şəxslərə sıçramasının kökündə duran səbəblər hər kəsi düşündürür və sual ortaya çıxır: məktəblər cəmiyyətə sağlam fərdlər yetişdirir, yoxsa cinayətkar, cani, kriminal “kruq”?

Bu kimi halların artması cəmiyyətin bütün üzvlərini, həmçinin, ziyalıları narahat edir.

Demokrat.az xəbər v erir ki, Milli Məclisin deputatı Ceyhun Məmmədov bununla bağlı “Yeni Sabah”a danışarkən bildirib ki, məsələnin bu yerə qədər gəlib çatmasında bir amil rol oynayır:

“Təəssüflə qeyd etmək lazımdır ki, bu prosesdə biz xoşagəlməz tendensiyaları görürük və getdikcə belə cinayətlərin sayı artır. Hesab edirəm ki, bu, çox narahatedici bir məsələdir. Düşünürəm ki, belə hadisələrin kökündə duran səbəb ailələrdə və məktəblərdə verilən tərbiyənin yüksək səviyyədə olmamasıdır. Hər iki tərəf bu məsələdə kifayət qədər mühüm rol oynaya bilmir. Ona görə də, yeniyetmələr sosial medianın, kriminal aləmin təsirinə məruz qalırlar. Əgər tərbiyə işi ən yüksək səviyyədə qurulsaydı, indi vəziyyət tamamilə fərqli olardı”.

Deputat valideynlərə tövsiyə edib ki, təkcə övladlarının tədrisi ilə deyil, paralel olaraq, tərbiyəsi ilə də məşğul olsunlar:

“Bu gün Azərbaycan ailəsi övladının təhsilinə çox önəm verir. Ancaq tərbiyə işi həm məktəbdə, həm də ailə daxilində kölgədə qalır. Biz bunu bir çox hallarda müşahidə edirik. Ona görə də, həmin problemin qarşısını almaq lazımdır. Sözügedən məsələdə konkret proses, sistem olmalıdır. Planlaşdırılmış, düşünülüb müəyyən edilmiş bir strategiya əsasında bu işləri və tədbirləri davam etdirməliyik”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 dekabr 2024, 15:10
21 dekabr 2024, 14:12
21 dekabr 2024, 13:40
Top