Əsədin müşaviri reanimasiyada — Qəza, yoxsa sui-qəsd?

HADİSƏ 05 iyl 2024, 20:48
Suriya prezidenti Bəşər Əsədin müşaviri Luna Əl Şibl Dəməşqdə yol qəzası keçirib.

Demokrat.az xəbər verir ki, Avtomobildə ağır yaralanan Əl Şibl “Əl Şami” xəstəxanasına aparılıb. 

Məlumata görə, gümüşü rəngli "BMW"2 iyul çərşənbə axşamı saat 15:30 radələrində abad Yafur rayonunu şəhər mərkəzi ilə birləşdirən magistral yolda zirehli maşınla toqquşub. 

Bəzi mənbələr Şl Şiblin öldüyünü iddia edib.

“The Syrian Observer” xəbər saytı iyulun 4-də baş verən qəzanın əslində sui-qəsd ola biləcəyini gündəmə gətirib. Sayt sui-qəsd iddiasını son həftələrdə Dəməşqdə baş verən pərdəarxası hadisələrlə əlaqələndirib.
Bildirilib ki, Şiblın əri Əmmar Saatini xəstəxanaya buraxmayıblar. Eyni zamanda Əsəd Luna Əl Şibili Baas Partiyasının Mərkəzi Komitəsindən uzaqlaşdırıb. 

Əfsanə Rəcəb
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top