Slovakiyanın Baş naziri aylar sonra qoltuq dəyənəyi ilə görüntüləndi — FOTO

DÜNYA 08 iyul 2024, 22:40
Mayın 15-də silahlı hücum nəticəsində yaralanan Slovakiyanın baş naziri Robert Fiko uzun müddət sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb və tədbirə qatılıb. 

Demokrat.az xəbər verir ki, sağalma prosesində olan baş nazirin qoltuq dəyənəyi ilə getdiyi görüntülənib.



Tədbirdə Fikonu Slovakiyanın kənd təsərrüfatı naziri Riçard Takaç müşayiət edib.

Qeyd edək ki, Fiko 71 yaşlı solçu Slovakiya vətəndaşı Juraj C-nin tərəfindən sui-qəsdə məruz qalmışdı. O, hökumətin siyasətini bəyənmədiyi üçün belə bir addım atdığını bildirmişdi. Hadisədən sonra Fiko təcili müdaxilə etmək üçün helikopteri ilə Banska Bystrica əyalətindəki Ruzvelt Xəstəxanasına göndərilib. Həyatı təhlükədən çıxan Fiko 2 ay idi görünmürdü. 

Əfsanə Rəcəb
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
06 oktyabr 2024, 17:57
Top