Ronaldo Messini qabaqladı

İDMAN 06 oktyabr 2024, 17:57
“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo dünyanın ən məşhur futbolçularının reytinqində birinci yeri tutub.

Demokrat.az xəbər verir ki, bu barədə “GiveMeSport”un məlumatında deyilir.

Ulduz futbolçu əzəli rəqibi Lionel Messini qabaqlayıb. “İnter Mayami”nin argentinalı hücumçusu isə ikinci olub. 

İlk beşliyə həmçinin “Mançester Yunayted” və “Real Madrid”in keçmiş futbolçusu Devid Bekhem, Beynəlxalq Futbol Federasiyasına (FIFA) görə 20-ci əsrin ən yaxşı futbolçusu, argentinalı Dieqo Maradona və FIFA Futbol Komissiyasının reytinqinə görə 20-ci əsrin ən yaxşı futbolçusu braziliyalı Pele daxil olub.

Siyahının tərtibi üçün meyarlar futbolçunun dünyadakı tamaşaçı kütləsi və populyarlığı, oyun səviyyəsi və karyerası ərzində, eləcə də sonradan idmana göstərdiyi təsir əsas götürülüb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
06 oktyabr 2024, 17:57
Top