Qəzzada ölənlərin sayı artmaqda davam edir

DÜNYA 08 iyul 2024, 22:55
İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda 38 min 193 nəfər həyatını itirib, 87 min 903 nəfər isə yaralanıb.

Demokrat.az xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi açıqlama verib. 

Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada son 24 saatda Qəzza zolağına edilən 3 hücumda 40 fələstinlinin həyatını itirdiyi, 75 fələstinlinin isə yaralandığı bildirilib.

Əfsanə Rəcəb
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
06 oktyabr 2024, 17:57
Top