Balıqların kütləvi tələf olunmasına RƏSMİ CAVAB — VİDEO

GÜNDƏM 08 iyul 2024, 23:24
Abşeron çimərliklərində balıqlar kütləvi tələf olur. Dəniz sahillərində minlərlə ölü balıq qalaqlanıb.

Demokrat.az
Xezerxeber.az-a istinadən xəbər verir ki, görüntülər Hövsan və Türkan çimərliklərindəndir.

Professor Mehman Axundov deyir ki, balıqlar kürütökmə mövsümü ilə əlaqədar sahilyanı akvatoriyalara üz tuturlar. Dayaz akvatoriyalarda temperatur daha tez yüksəldiyindən və su isindiyindən balıqların kütləvi ölümünə səbəb olur.

Müsahibimiz bildirir ki, balıqların vətəndaşların üz tutduqları yerlərdə tələf olması həmin ərazidə çimən sakinlər üçün təhlükə yaradır.
Sakinlər də mövcud vəziyyətdən narahat olduqlarını bildirirlər.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən “Xəzər Xəbər”ə bildirildi ki, Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları tərəfindən sözügedən əraziyə baxış keçirilərək  sudan və tələf olmuş balıqlardan nümunələr götürülüb.

Balıqların kütləvi tələf olması ilə bağlı araşdırmalar davam etdirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
06 oktyabr 2024, 17:57
Top