Tanınmış politoloq parlament seçkilərinə namizədliyini irəli sürdü

GÜNDƏM 08 iyul 2024, 22:25
Xəbər verdiyimiz kimi, keçən şənbə günü Milli Cəbhə Partiyasının növbədənkənar parlament seçkiləriylə əlaqədar keçirdiyi Ümumrespublika iclasında 40-dan yuxarı şəxsin namizədliyi təsdiqlənib.

Demokrat.az xəbər verir ki, keçirilən iclasda Milli Cəbhə Partiyasının sədr müavini, siyasi ekspert Məhəmməd Əsədullazadə 10 saylı Binəqədi seçki dairəsindən namizədliyini irəli sürüb. 

Məhəmməd Əsədullazadə açıqlamasında, “Seçkilərin demokratik keçiriləcəyinə ümidliyik. İnanırıq ki, ölkədə siyasi proseslər Azərbaycan xalqının mənafeyinə uyğun olacaq. Seçkilər şəffaf və Azərbaycan xalqının irədəsinə uyğun həyata keçiriləcək” deyib.

Əfsanə Rəcəb
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
06 oktyabr 2024, 17:57
Top