Milli Məclisdəki çıxışına 16 saat ərzində 1 baxış gələn deputatdan — AÇIQLAMA (FOTO)

DAXİLİ SİYASƏT 05 iyl 2024, 14:04
"Biz Milli Məclisdə məsələləri "Youtube" kanallarında baxış sayları qazanmaq üçün qaldırmırıq” 
 
Bu sözləri Azxeber.com-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov "Youtube" platformasına yerləşdiridiyi və 16 saat ərzində 1 baxış gələn videosuna münasibət bildirərkən deyib. 
 
O qeyd edib ki, mütəmadi olaraq Milli Məclis tribunasından seçicilərinin problemini səsləndirir və həllinə çalışır: 

"Youtube" kanalında baxışların sayının nə qədər olması baxanların özündən asıllı məsələdir. Biz "Youtube" kanallarında baxış sayları qazanmaq üçün Milli Məclisdə məsələləri qaldırmırıq.  Əsas odur ki, biz öz vəzifəmizi icra edərək Milli Məclisdə seçicilərimizin problemlərini gündəmə gətiririk və həll olunmasına çalışırıq.
 
Azər Badamov Milli Məclisdə qaldırdığı məsələlərin həll olunduğunu da deyib: 

"Deputat olduğum müddətdə seçildiyim dairə ilə bağlı kifayət qədər məslələr qaldırılıb və hökumət tərəfindən qəbul olunaraq öz həllini tapıb. Ona görə də baxış saylarına görə kimin nə yazması məni maraqlandırmır. Həm də cəmiyyət təxribatyönümlü videolara daha çox baxır.  Yəni problemlərin qaldırılması və həll olunması bəziləri üçün maraqlı deyil".
 
Qeyd edək ki, Azər Badamovun "Youtube" kanalına yerləşdirdiyi seçicilərin problemi ilə bağlı videoya 16 saat ərzində bir baxış gəlməsi sosial şəbəkədə gündəm olub. 

Həmin fotonu təqdim edirik:

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top