Eldar Əzizov qanun pozuntularından danışdı — VİDEO

DAXİLİ SİYASƏT 04 iyl 2024, 08:09
"Qanun pozuntuları ilə rastlaşırıq".

Bu sözləri Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizov jurnalistlərə açıqlaması zamanı deyib.

O bildirib ki, şəhərin konstruksiyasına xələl gətirən, ağacları kəsən MTK-lara qarşı ciddi mübarizə aparırıq:

"Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) və Rayon İcra Hakimiyyətləri, Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) ilə birgə prosesi nəzarətdə saxlayırıq. Bəzi yerlərdə qanun pozuntularına rast gəlinir".

Qeyd edək ki, bir neçə gün öncə Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, 145 ünvanında yaşayış binalarının tikintisi məqsədilə "İbrahim-Q" MTK-ya ayrılmış ərazidə üç ağacın və bir neçə kolun kəsildiyi müəyyən edilib. Faktla bağlı akt tərtib olunub.

Ətraflı Baku TV-nin süjetində:
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
12 iyl 2024, 21:15
12 iyl 2024, 20:17
Top