Namizəd ola bilməyəcəyim haqda xəbər yalandır, təxribatdır! — Siyavuş Novruzov (YENİLƏNİB)

DAXİLİ SİYASƏT 03 iyl 2024, 14:57
VI çağırış Milli Məclisin hakim Yeni Azərbaycan Partiyasından (YAP) olan deputatları Siyavuş Novruzov və Sevinc Hüseynovanın növbədənkənar parlament seçkilərində namizədliyini irəli sürə bilməyəcəkləri barədə məlumat yayılıb.

İddia olunur ki, buna səbəb onların adının Milli Məclisə 2024-cü il sentyabrın 1-nə təyin edilmiş növbədənkənar seçkilərlə əlaqədar YAP-ın Mərkəzi Seçki Qərargahının tərkibinə daxil edilməsidir.

Demokrat.az xəbər verir ki, Modern.az saytının əməkdaşı bu iddia ilə bağlı VI çağırış Milli Məclisin deputatı Siyavuş Novruzovla əlaqə saxlayıb.

S.Novrusov saytımzıa açıqlamasında xəbəri təkzib edib:

“Mən Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının üzvüyəm, seçki komissiyasının deyil. Bu xəbər yalandır. Seçki komissiyasının tərkibinə daxil edilsəydim, onda namizədliyimi irəli sürə bilməzdim. Amma indiki halda namizədliyimi irəli sürə bilməyəcəyim haqda xəbər kökündən yanlışdır. Mərkəzi Seçki Qərargahının üzvləri arasında elə deputatlar da olmalıdır. Bu xəbər mənə qarşı açıq-aydın təxribatdır”.

***
13:13

VI çağırış Milli Məclisin deputatları Siyavuş Novruzov və Sevinc Hüseynovanın növbədənkənar parlament seçkilərində namizədliyi irəli sürülməyəcək.


Demokrat.az-ın "Report"-a istinadən xəbərinə görə, buna səbəb onların adının Milli Məclisə 2024-cü il sentyabrın 1-nə təyin edilmiş növbədənkənar seçkilərlə əlaqədar Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının tərkibinə daxil edilməsidir.

Faktı "Report"a partiyadakı mənbə də təsdiqləyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top