Sərxoş kişi gecəyarısı arvadını döydü — TƏFƏRRÜAT

KRİMİNAL 03 iyl 2024, 12:09
Abşeron rayonunda 1988-ci il təvəllüdlü Sənan ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Samirəyə (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin yanvarın 18-də baş verib. Sənan həmin gün gecə saat 01:30-da alkoqol sərxoşluğu vəziyyətində ailə üzvləri ilə birlikdə yaşadığı Abşeron rayonu, Məmmədli kəndində fərdi yaşayış evinə gəlib. 

Sənan evin giriş qapısını gec açılmasına irad bildirməsinə görə aralarında yaranmış mübahisə zamanı arvadı Samirənin üzərinə hücum edərək əli və yumruqla qəsdən əl, yumruqları ilə onun göz, sifət baş və bədəninin müxtəlif, təpiklə isə ayaq nahiyələrindən zərbələr vurub. 

Hadisəni törədən Sənanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Sənan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 

O bildirib ki, 2014-cü ildə Samirə ilə rəsmi qaydada ailə qurub, birgə nigahdan üç övladı var: 

“Biz Abşeron rayonu, Məmmədli kəndində birlikdə yaşayırıq. Yanvarın 18-də, gecə saat 01:30-da bir qədər spirtli içki qəbul etdikdən sonra evə gəldim. Həmin vaxt evin qapısını Samirə gec açdığı üçün bundan əsəbiləşərək ona öz iradımı bildirdim. Samirə mənə cavab qaytardığı üçün aramızda mübahisə yarandı. Mübahisə zamanı əsəbiləşərək Samirənin üzərinə getdim. Əllərim ilə onun sifət, baş və bədəninin müxtəlif nahiyələrindən, təpiklə isə ayağından vuraraq onu döydüm. Samirə zərbələrdən yerə yıxıldı. Sonra isə gedərək yatdım”. 

Bu cinayət işinə Abşeron Rayon Məhkəməsində baxılıb. 

Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Sənanın barəsində olan cinayət təqibinə xitam verilib. 

O, cinayət məsuliyyətindən azad edilib. 


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top