NATO sammitində Ermənistan-Azərbaycan danışıqları APARILACAQ

XARİCİ SİYASƏT 03 iyl 2024, 09:51
Ermənistanla Azərbaycan arasında davam edən müzakirələr bizim üçün prioritetdir.

Demokrat.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel brifinq zamanı bildirib.

“Cənubi Qafqaz problemləri kontekstində bu, bizim üçün prioritet məsələdir. Biz Vaşinqtonda keçiriləcək NATO sammiti çərçivəsində konkret görüşlər və problemlər üzərində işləməyə davam edəcəyik”.

Qeyd edək ki, NATO-nun sammiti iyulun 9-dan 11-dək Vaşinqtonda keçiriləcək.

Həm Azərbaycan, həm də Ermənistan Vaşinqtonda keçiriləcək NATO sammitinə dəvət olunub.

NATO sammiti çərçivəsində xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyanın görüşü gözlənilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top