Prokuror idmançılara cəza istədi

KRİMİNAL 01 iyul 2024, 12:01

MMA və Qrapplinq Federasiyasının qarışıq döyüş növləri üzrə baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri - Xəzər Rüstəmov, Vüqar Kərəmov, Rüfət Əsədov, Tofiq Musayevin cinayət işi üzrə məhkəmə prosesdə vəkillər müdafiə çıxışı ediblər.

Demokrat.az xəbər verir ki, Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə Tofiq Musayevin vəkili Şaiq Mirzəyev müdafiə nitqi ilə çıxış edib. O bildirib ki, Tofiq Musayevin əməlində cinayət tərkibi olmayıb: "İş matüriallarında Tofiq Musayevin təqsirli olması sübut olunmur.  Zərərçəkmiş özü etiraf edir ki “xırda məsələ idi”, video görüntüsü var. Xulaqanlıq, döymə, ənlakın zədələnməsi-nə dair kamera görüntüləri və digər sübutlar yoxdur. mumən xuliqanlıq hadisəsi olmayıb, əməldə cinayət tərkibi yoxdur".

Vəkil Şaiq Mirzəyev Tofiq Musayevin barəsində bəraət hökmünün çıxarılmasını istəyib. 

Digər təqsirləndirilən Ruslan Əfəndiyevin vəkili Kənan Məmmədov bildirib ki, əməldə cinayət tərkibi yoxdur: "Zərərçəkmiş Həsən Əzizov döyülməsi ilə bağlı yalan danışır. Onun döyülməsi ilə bağlı vahiməli hadisə harada , necə baş verib. Onun dedikırində yalandır. İşdə iki ekspert rəyi var, heç biri də sübuta yetirilmir. Həsən Əzizova sülh təklif olunub. İstintaq məhkəməyə bəzəkli cümlələr göndərib. Döyülmə faktı varsa, bunu ekspertiza rəyi təsdiq etməlidir. Xuliqanlıq faktı varsa, bunu şahidlər təsdiqlənməlidir. Şahidlər bunu təsdiqləməsi. Onlar ibtidai istintaq zamanı adlarından yazılan ifadələri düzgün yazılmadığını dedilər". 
Kənan Məmmədov qeyd edib ki, burda mühakimə olunan şəxslər dövlətimiz üçün faydalı şəxslərdir,. Vəkil məhkəmədən ədalətlin bərpa olunmasını xahiş edib. O, Ruslan Əfəndiyevin barəsində bəraət verici əsaslarla hökm çıxarılmasını istəyib. 

Daha sonra digər təqsirləndirilən şəxslərin də vəkilləri çıxış ediblər. Onlar da müdafiə etdikıəri şəxslərin barəsində bəraət hökmünün çıxarılmasını istəyiblər. 
Daha sonra təqsirləndirilən şəxslər son söz deyiblər. Onlar barələrində ədalətli qərara qəbul edilməsini, bəraət hökmünün çıxarılmasını istəyiblər. 
Bundan sonra hakim hökm qəbul etmək üçün müşavirə otağına yollanıb. Yaxın saatlarda hökm elan ediləcək.

xxxx

MMA və Qrapplinq Federasiyasının qarışıq döyüş növləri üzrə baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri - Xəzər Rüstəmov, Vüqar Kərəmov, Rüfət Əsədov, Tofiq Musayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Demokrat.az 
xəbər verir ki, Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə prokuror Müslüm Şahmarov ittiham nitqi ilə çıxış edib. 

Prokuror Ruslan Əfəndiyev, Rüfət Əsədov, Xəzər Rüstəmov, Vüqar Kərəmov,  və Tofiq Musayevin hər birinin 1 il azadlıqdan mərhum edilməsini istəyib.

Prokuror Tofiq Musayevin polisin barəsində polisin nəzarətinə verilmə qətimkan tədbirinin ləğv edilməsini, məhkəmə zalından həbs edilməsini istəyib.

Hazırda proses vəkillərin çıxışı ilə davam edir. 

İttihama görə, hadisə Səbail rayonu ərazisində baş verib. “Rizin” Döyüş Federasiyasının paytaxtda təşkil etdiyi turnirlə bağlı şou mərasimindən əvvəl “Dəniz Mall”ın konfrans zalından kənar yerdə təqsirləndirilən şəxslər idmançı Həsən Əzizovla mübahisə ediblər.

İttihama görə, təqsirləndirilən şəxslər Həsən Əzizovu cəzalandırmaq qərarına gəliblər. Buna səbəb Həsən Əzizovun keçmiş zamanlarda məşqçisi olmuş Ruslan Əfəndiyevə kobud cavab verməsi olub.

Dəstə üzvləri Həsən Əzizovun onların yanına gəlməsinə nail olublar. Bu zaman onun üz və baş nahiyələrinə vurublar.

Daha sonra Həsən Əzizovun şikayətindən sonra Ruslan Əfəndiyev və tələbələri - Xəzər Rüstəmov, Vüqar Kərəmov, Rüfət Əsədov, Tofiq Musayev cinayət məsuliyyətinə cəlb olunublar.

Təqsirləndirilən şəxslərin hər biri barəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən və ya təkrarən xuliqanlıq törədildikdə) maddəsi ilə yekun ittiham elan edilib.

Məhkəmədə ittihama münasibət bildirən təqsirləndirilən şəxslərin hər biri onlara elan olunmuş ittiham üzrə özlərini təqsirli bilməyiblər.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top