"Müəllimlərin əməyi qiymətləndirilməlidir" — Sertifikasiya nəyi dəyişəcək?

GÜNDƏM 28 iyn 2024, 12:53
Dərs saatlarının bölgüsündə sertifikatlaşdırma nəticələri nəzərə alınacaq. Elm və təhsil naziri Emin Əmrullayev "Sertifikatlaşdırma 2024: peşəkar müəllim - keyfiyyətli təhsil" mövzusunda keçirilən tədbirdə deyib ki, yüksək nəticə göstərənlərin dərs saatları daha çox ola bilər: "İstəyirik ki, uşaqlarımıza daha yaxşı nəticə göstərmiş müəllimlərimiz dərs desin. Lakin elə anlaşılmasın ki, biz sertifikatlaşdırmadan aşağı nəticə göstərən müəllimlərin dərs saatlarını əllərindən alıb onlar verəcəyik. Sadəcə mübahisələr zamanı və dərs saatlarının bölgüsündə bu alqoritmdən də istifadə edəcəyik. Burada kimsə 1 bal daha artıq yığıbsa məntiqi ilə yox, 57 bal toplayanla 31 bal toplayan müəllimə fərq qoyulacaq", - E.Əmrullayev əlavə edib.

Məsələyə Demokrat.az-a açıqlamasında münasibət bildirən təhsil eksperti Cahid İmanlı qeyd edib ki, sertifikatlaşdırma müəllimlərin ilk növbədə keyfiyyət göstəricisidir:



"Şübhəsiz ki, daha yüksək nəticə göstərən müəllimlər öz işini sevən, öz üzərində çalışan, daimi olaraq peşə biliklərini artıran, dövlət və cəmiyyət qarşısında məsuliyyətini anlayan müəllimlərdir. Bu baxımdan onların əməyini və məsuliyyətini qiymətləndirmək doğrudur. Valideynlər də öz övladlarına nəticələri daha yüksək olan müəllimlərin dərs deməyində maraqlıdırlar. Verilən qərarın məktəbdə rəqabət yönümlü keyfiyyətli təhsil mühitinin formalaşdırılmasına müsbət təsir edəcəyinə inanıram".

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top