"Suqovuşan qəsəbəsinə 190 ailə köçürüləcək" — Prezidentin xüsusi nümayəndəsi

DAXİLİ SİYASƏT 28 iyun 2024, 11:08
"Bu ilin sentyabr və oktyabr aylarında Ağdərə rayonunun Suqovuşan qəsəbəsinə 190 ailənin köçürülməsi nəzərdə tutulur".

Demokrat.az xəbər verir ki, bunu Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov "Sahibkarlar üçün yeni imkanlar: Qarabağı birlikdə quraq" adlı tədbirdə deyib.

Onun sözlərinə görə, növbəti illərdə bu say dəfələrlə artacaq:

"Artıq Ağdərə rayonunun Talış kəndinə 20 ailə köçürülüb. Ərazilərdə məskunlaşma sürətlə həyata keçirilir". (Report)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top