“Bu gün ciddi iş görsək, bəlkə 10-12 il sonra AÇ-nin final mərhələsində iştirak edə bilərik” — İdman şərhçisi

İDMAN 27 iyn 2024, 15:09
Ötən gün AÇ-2024-də Türkiyə və Gürcüstan yığması 1/8 final mərhələsinə vəsiqə qazandı. Qonşu Gürcüstan millisinin Portuqaliyaya qalib gəlməsi müzakirə mövzusuna çevrilib. 

Bəs, Azərbaycan millisini nə zaman Avropa çempionatlarında görə biləcəyik? Nə üçün Gürcüstandan dəfələrlə çox büdcəsi olan Azərbaycan milli komandası beynəlxalq çempionatlara düşə bilmir?

Mövzu ilə bağlı tanınmış idman şərhçisi Gündüz Abbaszadə Demokrat.az-a açıqlamasında bildirib ki, gürcü yığmasının bugünkü uğurunun səbəbi illər əvvəl verdikləri qərarlarla sistemli və fundamental işlər görməsidir. 

Gündüz Abbaszadə qeyd edib ki, bu gün sistemli iş görülməyə başlanılsa, bəlkə də biz 10-12 il sonra Avropa çempionatının final mərhələsində iştirak edə bilərik: 


“Türkiyə milli komandasına hər birimiz azerkeşlik edirik. Türkiyə millisi dünən çətin də olsa qələbə qazana bildi və 1/8-də final mərhələsinə vəsiqə qazandı. Amma açıq etiraf etmək gərəkirsə, oyunu məndə gələcəyə bağlı ümid vermir. Çünki oyununda geriləmə hiss olunur və Avstriya ilə matça ümidim çox deyil. Çünki Avstriya çox yaxşı komandadır. Türkiyə yığması üçün Avstriya ilə oyunun çətin olacağını düşünürəm. Ümid edək yaxşı olar. Bütün Türkiyə azarkeşlərini təbrik edirəm. Gürcüstan milli komandasına gəlincə, mən təsadüflərə inanan deyiləm. Gürcüstan milli komandasının qələbəsinə də kölgə salmaq niyyətim yoxdu. Gürcüstanlı azarkeşləri təbrik edirəm. Bu il Azərbaycan futbolu üçün də bir ilk yaşandı. Azərbaycan liqasında çıxış edən bir futbolçu Avropa Çempionatının 1/8-də final mərhələsində olacaq. Söhbət “Qarabağ”ın və Gürcüstan milll komandasının ehtiyat qapıçısı Quqeşaşvilidən gedir. “Azərbaycan millisini Avropa çempionatında görə biləcəyik?” sualına cavab vermək bir qədər çətindir. Gürcülərin illər əvvəl gördükləri sistemli və fundamental işlər bu gün bəhrəsini verir. Sosial mediada 2013-cü ildə Kriştiano Ronaldo ilə şəkil çəkdirən uşaqların fotoları paylaşılır. Onların arasında Gürcüstan milli komandasının bir çox futbolçusu var. Həmin foto “Dinamo” (Tbilisi) klubunun akademiyasının açılışı zamanı çəkilib.Şərait yaradılmalıdır, uşaq akademiyaları və s. açılmalıdır. Bu gün sistemli iş görülməyə başlanılsa, bəlkə də biz 10-12 il sonra Avropa çempionatının final mərhələsində iştirak edə bilərik. 

İdman şərhçisi bildirib ki, “Gürcüstandan dəfələrlə çox büdcəsi olan Azərbaycan komandası nə üçün beynəlxalq yarışlara düşə bilmir"  sualının da konkret cavabı yoxdur:

" Bunun bir deyil, müxtəlif və bir çox səbəbi var. Amma hesab edirəm ki, Azərbaycan futbolunun bu potensialı var. Sadəcə doğru iş görmək lazımdır. AFFA-nın gələcək strategiyasını AFFA  və yeni AFFA rəhbərliyi bilər. Gələcək strategiya ilə bağlı ümumiyyətlə nəsə deyə bilmərəm. Görünür, iş görməyə çalışacaqlar və istəyirlər. Düzdür bəzi məqamlarda düşünürəm ki, gecikirlər. Artıq aprel ayından AFFA-nın yeni rəhbərliyi bəllidir. Amma ümumilikdə yeni AFFA rəhbərliyi gələcək strategiyasını tezliklə təqdim edəcək”.

Əfsanə Rəcəb
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top