Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib, digəri bürünc medal görüşünə çıxacaq

İDMAN 29 iyn 2024, 19:09
Azərbaycanın yeniyetmə cüdoçusu Əli Qazıməmmədov (81 kq) Bolqarıstanda keçirilən Avropa çempionatında növbəti görüşünə çıxıb.

Demokrat.az "Report"a istinadən xəbər verir ki, milli üzvü təsəlliverici qarşılaşmada Polşa təmsilçisi Derek Martszakla üz-üzə gəlib.

Rəqibinə qalib gələn Qazıməmmədov bürünc medal uğrunda görüşə qatılacaq.

Daha əvvəl Sübhan Axundov (+90 kq) finala yüksəlib. O, bu raundda estoniyalı Marek-Adrian Masakın müqavimətini qırmağa çalışacaq.

Bu gün tatamiyə çıxan digər üç cüdoçu əvvəlki raundlarda uduzublar.

Qeyd edək ki, turnir iyunun 30-da komanda yarışı ilə başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Bahadır Feyzullayev qızıl, Məhəmmədəli Hüsiyev (hər ikisi 50 kq) və Cəsur İbadlı (73 kq) bürünc medal qazanıblar.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top