Qeyri-rəsmi münasibətdə olduğu qadını öldürən kişi intihar etdi

KRİMİNAL 30 iyn 2024, 12:56

Gəncədə qadını bıçaqlayaraq öldürən, daha sonra başqa kişiyə və özünə xəsarət yetirən Mahir Quliyev intihar edib.

Demokrat.az bildirir ki, DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, iyun ayının 26-da saat 16 radələrində Gəncə şəhər Baş Polis İdarəsinə 1979-cu il təvəllüdlü İlhamə Hüseynovanın kəsici-deşici alətlə çox saylı bədən xəsarətləri alaraq qətlə yetirilməsi, şəhər sakini 1999-cu il təvəllüdlü Akif Ağalarovun kəsici-deşici alətlə xəsarət alması barədə məlumat daxil olub.

Hadisəni qısqanclıq zəminində törədən 1959-cu il təvəllüdlü Mahir Quliyev daha sonra özünə həmin alətlə xəsarət yetirib.

Mahir Quliyev özünü iyun ayının 30-da müalicə aldığı xəstəxananın 3-cü mərtəbəsindəki palatasının pəncərəsindən ataraq intihar edib.

Xatırladaq ki, Qətli törədən 65 yaşlı Mahir Quliyev qeyri-rəsmi münasibətdə olduğu 45 yaşlı İlhamə Hüseynovanın 25 yaşlı Akif Ağalarovla münasibəti olmasından şübhələnib. Mahir Quliyev Cəlil Məmmədquluzadə küçəsində yerləşən evin qarşısına gələrək İlhamə Hüseynova ilə mübahisə edib.

Mübahisədən sonra Mahir Quliyev İlhamə Hüseynovanı qətlə yetirib, daha sonra isə Akif Ağalarovu bıçaqlayıb.

Qadının öldüyünü görən Mahir Quliyev sonra özünə bıçaqla xəsarət yetirib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top