“Qarabağ” Kaşuku Bakıya gətirdi

İDMAN 25 iyun 2024, 22:51
Aleksey Kaşuk yenidən Azərbaycana qayıdıb. 

Demokrat.az xəbər verir ki, "Sabah"ın sabiq yarımmüdafiəçi bu dəfə "Qarabağ" üçün Bakıya gəlib. 

Tərəflər bütün detallarda razılıq əldə edib. Ukraynalı futbolçu tibbi yoxlanışdan uğurla keçsə, onunla müqavilə imzalanacaq. "Şaxtyor"a məxsus 23 yaşlı futbolçu 2022-ci ilin martından 2023-cü ilin yayına kimi icarə əsasında “Sabah”da forma geyinib. 

Kaşuk “bayquşlar”ın heyətində 41 oyunda 18 qol, 12 məhsuldar ötürmə ilə yadda qalıb Futbolçu ötən mövsüm “Şaxtyor”un heyətində 12 matçda meydanda olub.

Kaşuk bu görüşlərdə 4 qol vurub, 1 məhsuldar ötürmə edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 sentyabr 2024, 22:21
Top