Sumqayıtda qardaşlar arasında münaqişə bıçaqlanma ilə nəticələndi — VİDEO

HADİSƏ 25 iyn 2024, 20:27

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.

Hadisə şəhərin 47-ci məhəlləsində qeydə alınıb.

Şəhər sakini, 2003-cü il təvəllüdlü Sənan Elşən oğlu Babayev aralarında baş vermiş münaqişə zəminində qardaşı, 2004-cü il təvəllüdlü Sədan Elşən oğlu Babayevə bıçaqla xəsarət yetirib. Yaralı xəstəxanaya yerləşdirilib.

Qonşuları qardaşların heç kimlə problemlərinin olmadığını söyləyib:

"Uşaqlar işə gedib-gəlirdilər, heç kimlə problemləri yox idi. Şirindilli, mehriban ailə idi. Qardaşlar da subay idi".

Faktla bağlı araşdırma aparılır.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top