"Real"ın əfsanəsi La Liqa klubundan təklif aldı — SON DURUM

İDMAN 24 iyun 2024, 14:47
"Real"ın əfsanəvi futbolçusu Raul Madrid klubunu tərk edə bilər.

Demokrat.az xəbər verir ki, hazırda "Kastilya"ya rəhbərlik edən ispaniyalı mütəxəssis La Liqa klubunu çalışdıra bilər.

Bu barədə AS nəşri məlumat yayıb. Mənbənin məlumatına görə, Raulla "Sevilya" ciddi maraqlanır. Təklif şirnikləşdirici olsa, mütəxəssis Madridin gənclər komandasını tərk edə bilər.

“Real” klubunun rəhbərliyi də komandanın keçmiş kapitanına hörmətlə yanaşır və o, ayrılmaq istəsə, qərarını qəbul edəcəklər. (Fanat.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top