İran sünniləri prezident seçkisini boykot edirlər — FOTO

REGİON 24 iyn 2024, 00:24
İranda sünnilər seçkiyə qatılmayacaqlarını bildirirlər.

Demokrat.az xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.

"Sünni cəmiyyət seçkidə iştirak etməyəcək", - deyə İranın Mehristan şəhərinin cümə imamı bildirib.

İranın Mehristan şəhərinin cümə imamı Mövləvi Abdullah Kord bəluç əhaliyə və sünni icmasına qarşı mövcud ayrı-seçkiliyə də toxunub.
"Biz sünni icması savaba səs vermirik və həll edilməmiş tələblərimiz var. Buna görə də, biz 14-cü hökumətin seçkilərində iştirak etməyəcəyik.

Biz sünni camaatı İran sərhədlərində itkilər verdik, amma nə fayda gördük və hökumətlərdə harada yerimiz oldu?

Xalqın bizə verdiyi tribunadan öz tələblərini bildirmək, xalqın sözünü, istəklərini açıqlamaq öhdəliyimiz var.

İnsanlar bu ayrı-seçkiliklərə, təzyiqlərə baxmayaraq seçkilərə qatılmayacaqlar", - o bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top