Azərbaycan güləşçiləri Polşada keçirilən beynəlxalq turnirdə 3 medal qazanıb

İDMAN 23 iyun 2024, 23:25

Azərbaycan güləşçiləri Polşanın paytaxtı Varşavada keçirilən beynəlxalq turnirdə 2 qızıl və 1 gümüş medal qazanıb.

Azərbaycan Güləş Federasiyasından Demokrat.az-a  verilən məlumata görə, ənənəvi yarışda ölkəmizi sərbəst güləş üzrə millinin məşqçisi Şərif Şərifovun rəhbərliyi altında Sabir Cəfərov (70 kq), Əşrəf Aşırov (79 kq) və Abubakr Abakarov (92 kq) təmsil edib.

Yarışın nəticələrinə əsasən S.Cəfərov və Abubakr Abakarov qızıl, Ə. Aşırov isə gümüş medala sahib çıxıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top