Türkiyə millisində Portuqaliya matçı öncəsi iki məcburi DƏYİŞİKLİK

İDMAN 22 iyun 2024, 19:37
Türkiyə milli komandasının bu axşam Portuqaliya yığmasına qarşı keçirəcəyi oyun öncəsi bəzi xəbərlər yayılıb.

Dortmundda keçiriləcək matçda Türkiyə millisinin əsas qapıçısı Mert Günok meydana çıxa bilməyəcək. Türkiyənin qapısını Altay Bayındır qoruyacaq. Mert Günokun bu gün səhər saatlarında ağrıları və dizində şiş olduğu bildirilib.

Hücumçu Arda Gülerin yerinə isə Yunus Akgünün oynayacağı gözlənilir. Ardanın özünü yorğun hiss etdiyi söylənilir.

Qeyd edək ki, Türkiyə - Portuqaliya oyunu bu gün Dortmunddakı "Siqnal İduna Park" arenasında keçiriləcək. Matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.(modern.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top