Məşhur aktrisa motivasiya sirlərini açıqladı

DÜNYA 21 iyun 2024, 18:10
Türkiyəli məşhur aktrisa Gökçe Bahadır motivasiya mənbələrini açıqlayıb. 

Demokrat.az xəbər verir ki, aktrisa mətbəxə girməkdən zövq aldığını bildirib. 

O açıqlamasında  “Salatlarım çox yaxşıdır. Mətbəxdə olmaq fikrimi ciddi şəkildə təmizləyir. Mənim motivasiya mənbələrim arasında rəqs etmək, musiqi dinləmək və gəzintiyə çıxmaq da var” deyib.

Tez-tez ifa etdiyi mahnılarla albom çıxaracağı ilə bağlı xəbərlər yayılan Bahadır "Mən oxumağı sevən aktyoram, bununla bağlı böyük arzularım yoxdur” deyib. 

Aktrisa həyat yoldaşının Bodrumda konsertləri olduğunu və bu səbəbdən dincəldiyini bildirib. 

Əfsanə Rəcəb
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top