“COP29 tədbirinə dəvət ediləcək qonaqlarla bağlı Azərbaycanın geniş təcrübəsi var”

COP29 20 iyun 2024, 20:33
Qırğızıstanın keçmiş Baş naziri Comart Otorbayev Bakıda “COP29-a aparan yol: Dayanıqlı və davamlı gələcək” mövzusunda keçirilən yüksək səviyyəli görüşdə deyib ki, COP29-un uğur əldə etməsi üçün texnoloji inkişafda böyük uğurlar qazanmış ölkələrlə əməkdaşlıq əlaqələri qurmaq lazımdır. Onun sözlərinə görə, texnoloji inkişaf sahəsində ən inkişaf etmiş ölkələrdən biri də Çindir: “Azərbaycanın prioriteti enerji bazarı deyil, elm və innovasiyadır. COP29-da iştirak etmək üçün çoxlu çinli qonağı cəlb etmək məqsədəuyğun olardı”.

Sabiq nazirin fikirlərinə politoloq Cümşüd Nuriyev Demokrat.az-a açıqlamasında münasibət bildirib.

O vurğulayıb ki, Azərbaycanda bu işi kifayət qədər bilən alimlər, siyasətçilər var: 



“Hər bir məsələni Çinin nümunəsində həyata keçirməli deyilik. Təbii ki, Çinin müasir dövrdə texnoloji avadanlıqlarla bağlı təklifləri var, müəyyən layihələr icra edilib. Çoxlu çinli qonaq cəlb etmək fikri o qədər də doğru deyil, diplomatik cəhətdən də yanlış addım olardı. Yaponiya, Almaniya, İsrail kimi müasir texnologiyalar tətbiq edən ölkələr var. Belə olan halda Çini gündəmə gətirməyə fikrimcə ehtiyac yoxdur. COP29 tədbirinə kimlərin dəvət edilməsinə gəlincə isə Azərbaycan bu barədə geniş təcrübəyə sahibdir”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 oktyabr 2024, 22:36
Top