Beyləqanda ağır yol qəzası olub, ölənlər və yaralananlar var

HADİSƏ 20 iyun 2024, 18:32
Beyləqan rayonunda ağır yol qəzası baş verib.

Demokrat.az "Report"a istinadən xəbər verir ki, hadisə Binnətli kəndi ərazisində qeydə alınıb.

Belə ki, "VAZ" markalı minik avtomobili "Mercedes Sprinter" markalı avtomobillə toqquşub. Qəza nəticəsində iki nəfər ölüb, iki nəfər isə yaralanıb.

Yaralılar Beyləqan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Hazırda ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top