Afət 20 min borc verdiyi həmkarına xəbərdarlıq etdi: "Gələn aya qədər..."

ŞOU-BİZNES 20 iyun 2024, 17:23
"Bir həmkarım məndən həkim adı ilə 20 min manat borc alıb, hələ də qaytarmır. Sən demə həkimə də bədən yığdırmağa gedibmiş".
 
Demokrat.az xəbər verir ki, bu sözləri müğənni Afət Fərmanqızı "Rəngarəng səhər" verilişində deyib.
 
O, həmkarına xəbərdarlıq edərək vaxt qoyub:
 
"Toya min manata gedən, elə də bahalı müğənni deyil. Ona 20 toyunun pulunu vermişəm. Əslində verməyəcəkdim, həyat yoldaşım elədi. Pulu alanda dedi ki, həkimə gedirəm. Sən demə həkim dediyi də bədənşəkilləndirmə əməliyyatı imiş. Pulu alanda amma uşağının adından istifadə etmişdi. Mən də uşaq adı gələndə özümü saxlaya bilmirəm. Əslində heç məndə də o qədər pul yox idi, yoldaşımdan alıb vermişəm. Kim olduğunu deməyəcəm amma ona gələn aya qədər vaxt verirəm. Əgər pulu qaytarmasa adını çəkəcəyəm". (Azxeber.com)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 oktyabr 2024, 22:36
Top