Deputat “Azərbaycan Dəmir Yolları” QSC-nin bayram günlərindəki fəaliyyətindən DANIŞDI

SOSİAL 20 iyun 2024, 16:14
"Bir çox sahələrdə olduğu kimi, cənab Prezident İlham Əliyevin islahatlar siyasətinin tərkib hissəsi olaraq dəmir yolları sahəsində də uğurlu layihələr həyata keçirilməkdədir. 

Məmnuniyyətlə qeyd etmək istərdim ki, bir müddət öncə “Azərbaycan Dəmir Yolları” (ADY) Qapalı Səhmdar Cəmiyyətinin (QSC) rəhbərliyinin iştirakı ilə bu günə qədər fəaliyyət göstərən Bakı-Ağstafa qatarına seçildiyim Ucar rayonunda da stansiya verilməsi ilə bağlı mərasim keçirildi. Şübhəsiz ki, bu da həmin ərazidə yaşayan 100 minə yaxın əhalinin rahat gediş-gəlişini, digər bölgələrə səfərlərinin əlçatanlığını təmin edəcək".

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Ramil Həsənov deyib. 



Millət vəkili qeyd edib ki, qeyri-iş və bayram günlərində insanlar istirahət üçün tez-tez bölgələrə üz tuturlar və qatar nəqliyyatı bu səfərlər üçün əvəzolunmaz vasitədir:

"Qurban bayramı günlərində də “Azərbaycan Dəmir Yolları” öz işinin öhdəsindən layiqincə gəldi və insanların rahat səfər etməsi üçün bütün imkanlarını səfərbər etdi. Bu da onun fəaliyyətini müsbət dəyərəndirməyimiz üçün başlıca amildir. 

İnanıram ki, bu qurum əhalinin istəklərini nəzərə alaraq yaxın zamanlarda Lənkəran-Astara, Zaqatala-Balakən istiqamətlərində də reyslər açacaq, komfortlu sürət qatarları istifadəyə verəcək. Bununla da Azərbaycan Dəmir Yollarının fəaliyyət prizmasından baxdıqda yeni bir səhifə açılacağı şübhəsizdir".


Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 oktyabr 2024, 22:36
Top