Şəmkirdə ər arvadına xəsarət yetirdi

HADİSƏ 20 iyun 2024, 14:39
Şəmkir rayonunda 1989-cu il təvəllüdlü Ərəstun ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı Əsmərə (adlar şərti göstərilib – red.) xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin fevralın 23-də Şəmkir rayonunun Abbaslı kəndində baş verib. Ərəstun arvadı Əsmərlə ailə münasibətlərin pozulması zəminində aralarında yaranmış mübahisə zamanı əli ilə sifət nahiyəsindən bir neçə dəfə vuraraq ona xəsarətlər yetirib. 

Hadisəni törədən Ərəstunun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Ərəstun ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, fevralın 23-də, saat 18:30-da Əsmər anası Mahirənin evində olan zaman qayınanası ona zəng edib və Əsmərin nənəsi evinə getməsinə icazə verməməsini ondan xahiş edib: “Mən də qayınanamın evinə getdim. Əsmərə nənəsi evinə getməməsini dedim. Bu zaman Əsmərlə aramızda mübahisə yarandı. Mübahisə əsnasında əsəbiləşərək əlim ilə arvadımın sifətinə bir neçə dəfə vurdum”. 

Bu cinayət işinə Şəmkir Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Ərəstunun barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top