Kosmosda süni ulduz yaradılır — TƏFƏRRÜATLAR

MARAQLI 20 iyn 2024, 12:22
NASA (Amerika Aeronavtika və Kosmos İdarəsi) kainatın sirlərini açmaq üçün Yer orbitinə “süni ulduz” çıxarmağa hazırlaşır.

Demokrat.az
xəbər verir ki, NASA kosmosa süni ulduz yerləşdirməyi 2029-cu ilə qədər yükunlaşdırmağı hədəfləyib. 

Beləki, “Landolt” adlı cihaz 8 lazerlə təchiz ediləcək. Bu cihaz bir ayaqqabı qutusu ölçüsündə olmasına baxmayaraq, NASA-ya 19,5 milyon dollar (634,1 milyon lirə) başa gəlib. Kiçik ölçüsünə və çox aşağı parlaqlığına görə “Landolt”u yalnız teleskop vasitəsilə görmək olar.

Ümumi məqsəd lazer işığının nə qədərinin Yer atmosferi tərəfindən udula biləcəyini ölçməklə "ulduz parlaqlığı kataloqları" yaratmağa kömək etməkdir. 

Ümid edilir ki, bu cihaz kataloqların onilliklər əvvəlinə aid bu gün istifadə edilən cari metodlardan daha dəqiq ölçülməsinə imkan verəcək. 

Bundan əlavə, cihaz astronomlara ulduzların xüsusiyyətlərini, səthin temperaturunu və planetlərin yaşayış yerlərini daha yaxşı başa düşməyə imkan verəcək.


Əfsanə Rəcəb
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top