Bəzi avtobusları kondisioner olmadığı üçün qapısı açıq idarə edirlər — VİDEO

SOSİAL 20 iyun 2024, 09:18
İyunun 15-dən avtobuslarda kondisionerlər işə salınsa da, bəzi avtobuslarda bu qaydaya əməl olunmur.

Belə ki, bəzi avtobusların istehsal ili köhnə olduğu üçün kondisionerləri mövcud deyil.

Bəzi sürücülər isə isti havalarda məcbur qalıb nəqliyyat vasitəsini qapısı açıq idarə edirlər.

Nəqliyyat məsələləri üzrə ekspert Adil Nəbiyev sözlərinə görə, günvurmadan sürücünün reaksiyası zəifləyə bilər. Nəticədə qəza etmək şansı yüksəkdir.

Ekspert vurğulayıb ki, avtobus parkı tam yenilənməsə bu problem aradan qalxmayacaq.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məsələ ilə bağlı bildirilib ki, hər bir daşıyıcı şirkət istismarında olan avtobuslarında bu sistemlərin olması və işlək vəziyyətdə saxlanılması üçün məsuliyyət daşıyır.

Ətraflı "ATV Xəbər"in süjetində:

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 dekabr 2024, 19:27
Top