![](https://demokrat.az/cdn/uploadedfiles/custom/2024/6/19/1/071c456b-afc0-4947-8be8-937d067eeeb3/cefas.jpg)
Türkiyənin hüquq-mühafizə orqanları İstanbul küçələrində qızlara erotik xarakterli suallar verən, onları videoya çəkən, sonra isə həmin videoları sosial şəbəkələrdəki hesabına yükləyən azərbaycanlı bloger Cavid Ələkbərovu həbs edib.
Demokrat.az Haqqın.az-a istinadən xəbər verir ki, sonradan məlum olub ki, “maraqlı” blogger ona uyğun gələn cavablar üçün respondentlərə 500 dollara qədər pul ödəyib.
Məlum olduğu kimi, Azərbaycan vətəndaşı Cavid Ələkbərov iki il əvvəl Türkiyəyə köçüb və İnstaqram sosial şəbəkəsində Cekaxs ləqəbi ilə hesab açıb və videolarını paylaşıb. 22 yaşlı bloger küçədə gənc qızlara yaxınlaşaraq onları heç kimə demədikləri sirri kamera qarşısında açmağa dəvət edib. Respondentlərin bəziləri sevgililərini aldatdığını etiraf edib, bəziləri isə pul qarşılığında cinsi xidmət göstərdiklərini bildirib...
İstintaq materiallarında göstərildiyi kimi, Cavid Ələkbərov çox şəxsi suallar verib, o cümlədən zərif cinsin nümayəndələrinə...
Gəncin "şıltaqlığı" Türkiyə hüquq-mühafizə orqanlarının diqqətini çəkib. Nəticədə, İstanbul Polis İdarəsinin Kibercinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Ələkbərovun İnstaqram sosial şəbəkəsində yerləşdirdiyi videolar əsasında araşdırmaya başlayıb, bundan sonra bloqqer erotik məzmunlu videomateriallar yaydığına görə saxlanılıb və barəsində cinayət işi başlanıb.