Sumqayıtda yaşayış binasında yanğın: Tüstüdən zəhərlənənlər var

HADİSƏ 27 iyn 2024, 22:20

Sumqayıtda yaşayış binasında yanğın baş verib, tüstüdən zəhərlənənlər var.

Hadisə “Stansiya Sumqayıt” adlanan ərazidə, keçmiş məcburi köçkünlərin yaşadığı binada qeydə alınıb.

İlkin məlumata görə, bir neçə nəfər tüstüdən zəhərlənib.

Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.(Report)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top