Bakıda 26 yaşlı oğlan qətlə yetirildi: 3 nəfər məsuliyyətə cəlb olundu

KRİMİNAL 26 iyun 2024, 17:52

Bakının Sabunçu rayonunda 26 yaşlı oğlanın qətlə yetirilməsi ilə bağlı daha iki nəfər həbs edilib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, qətl hadisəsini törətməkdə şübhəli bilinən Emin Ələsgərov və Fərrux Qasımov məsuliyyətə cəlb olunublar. 

Qeyd edək ki, bundan əvvəl isə qətl hadisəsini törətməkdə təqsirli bilinən 1985-ci il təvəllüdlü Heybətov Əli Həmid oğlu saxlanılaraq istintaqa təhvil verilib.

Xatırladaq ki, hadisə bu ilin martın 9-da Sabunçu rayonu Bakıxanov qəsəbəsində baş verib. 1998-ci il təvəllüdlü Əhmədli Səbuhi Arif oğlu qətlə yetirilib. 

Əli Heybətov, Emin Ələsgərov və Fərrux Qasımovun barəsində Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə) maddəsi ilə ittiham elan edilib. 

Onların barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb. 

Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş araşdırılması üçün hakim Leyla Əsgərova-Məmmədovanın icraatına verilib. 

Yaxın günlərdə məhkəmə başlanacaq. 


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 oktyabr 2024, 22:36
Top