Parkdakı insidentə görə azərbaycanlını saxlayıb cinayət işi açdılar — FOTO/VİDEO

HADİSƏ 18 iyun 2024, 16:10
Rusiyanın Saratov şəhərində azərbaycanlı saxlanılıb və ona qarşı cinayət işi başlanıb.

Demokrat.az Lent.az-a istinadən xəbər verir ki, buna səbəb olan hadisə Voljski rayonunun Yubileynı kəndində baş verib.

Azərbaycanlı qadın tərəfindən döyülən qızın sözlərinə görə, iyunun 12-də axşam dostları ilə uşaq meydançasının yanında dayanıb. 6 yaşlı azərbaycanlı uşaq onlara yaxınlaşaraq incitməyə başlayıb. Azyaşlı onları söyü və tüpürüb. Birdən 12 yaşlı qız buna dözə bilməyib və uşağı itələyib.
Uşağın ağlamağını görən anası qızın yanına qaçıb, onu yerə yıxıb və niyə uşağını vurmasını səbəbini soruşaraq, saçından dartmağa başlayıb. Yeniyetmə qaçmağa müvəffəq olsa da, uşağın atası onun arxasınca düşüb.

Ətrafdakıların şikayəti ilə hadisə yerinə Saratov polisi çağırılıb. Onlar protokol tərtib ediblər, beyin silkələnməsi olan qız isə yerli xəstəxanaya aparılıb.
Məlum olub ki, Azərbaycan əsilli Süleyman Mustafayev əşyaları ilə birlikdə polis şöbəsinə aparılıb. Yaxın vaxtlarda məhkəmə onun barəsində həbs-qətimkan tədbiri seçəcək. Rusiya Federasiyası İstintaq Komitəsinin istintaq orqanlarının nümayəndələri saxlanılan azərbaycanlıya qarşı “Xuliqanlıq” maddəsi ilə cinayət işi açıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 dekabr 2024, 19:27
Top