Ermənistan Fransadan bu silahları alacaq

REGİON 18 iyun 2024, 14:49
Ermənistan Fransa ilə "Caesar" özüyeriyən haubitsaların satın alınmasına dair müqavilə imzalayıb.

Demokrat.az
Trend-ə istinadən xəbər verir ki, bu barədə Fransanın müdafiə naziri Sebastian Lekornu məlumat yayıb.

İrəvana göndəriləcək özüyeriyən haubitsaların sayı və müqavilənin məbləğinə dair məlumat açıqlanmayıb.

Qeyd edək ki, iyunun 17-də Ermənistanın müdafiə naziri Suren Papikyan Fransaya işgüzar səfərə gedib. Səfər çərçivəsində Ermənistan və Fransa arasında hərbi-texniki əməkdaşlığa dair yeni razılaşmalar əldə olunub.
Xatırladaq ki, Papikyan bu ilin fevralında da Fransaya səfər etmişdi. Fevralın 23-də isə İrəvanda Parislə gələcək hərbi-texniki əməkdaşlığa dair sənədlər imzalanmışdı. Eyni məkanda oxşar müqavilələr 2023-cü ilin oktyabrında da bağlanıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top