İsraildə fövqəladə hərbi kabinet buraxılıb

DÜNYA 17 iyn 2024, 13:50
İsrailin fövqəladə hərbi kabineti nazir Beni Qantsın iyunun 9-da hökumətdən istefa verməsindən sonra buraxılıb.

"Report" xəbər verir ki, bu barədə "Ynet" portalı məlumat yayıb.

Məlumata görə, İsrailin Baş naziri Benyamin Netanyahu iyunun 16-da təhlükəsizlik kabinetinin iclasında deyib ki, fövqəladə hərbi kabinetin yaradılması Beni Qantsın təklifi ilə koalisiya razılaşmasının bir hissəsidir.

B.Netanyahu qeyd edib ki, B.Qants hərbi kabinetdən çıxdığını elan etdikdən sonra buna ehtiyac qalmayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top