Bakıda keçirilən dünya çempionatının qalibləri mükafatlandırılıb

İDMAN 16 iyn 2024, 17:40

Bakıda keçirilən çövkən üzrə dünya çempionatımın qalibləri mükafatlandırılıb.

Binə Atçılıq Mərkəzində baş tutan final və üçüncü yer uğrunda görüşlərdən sonra qaliblərin mükafatlandırılması mərasimi keçirilib.

Komandalardan öncə oyunları idarə edən hakimlərə sertifikatlar verilib.

Daha sonra əvvəlcə səhnəyə dünya üçüncüsü Nigeriya, ardınca ikinci yerin sahibi Mərakeş milliləri çıxıb. Sonda Azərbaycan komandası səhnəyə dəvət edilib və qızıl medallara qovuşub.

Qeyd edək ki, iyunun 10-da startı verilən dünya çempionatının qalibi Azərbaycan millisi olub. Üçüncü yer uğrunda görüşdə isə Nigeriya komandası qalib adını qazanıb. (report)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
12 iyl 2024, 20:17
Top