Mingəçevirdə Kür çayında qayıqda yanğın zamanı 10 nəfər xəsarət alıb — YENİLƏNİB

HADİSƏ 15 iyn 2024, 23:50
Mingəçevirdə qayıqda yanğın baş verməsi səbəbindən xəsarət alanların sayı artıb, onların kimliyi məlum olub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə nəticəsində 1987-ci il təvəllüdlü Kamilə Əhmədova, 1982-ci il təvəllüdlü Emil Şirinov, 1990-cı il təvəllüdlü Nəzakət Orucova, 2011-ci il təvəllüdlü Həsən Şirinov, 2018-ci il təvəllüdlü Afət Orucova, 2014-cü il təvəllüdlü Ə.Orucov, 2006-cı il təvəllüdlü Sahil Məhərrəmov, 1984-cü il təvəllüdlü İntiqam Kamalov və 1982-ci il təvəllüdlü Ehtiram Kamalov xəsarət alıblar.

Zərərçəkənlərin bir neçəsi yanıq, bir qismi isə travma və kəsik xəsarətləri alıblar.

Qeyd edək ki, hadisə qayıq sahildə olan zaman qeydə alınıb. Şahidlərinin bildirdiyinə görə, qayıqda anidən yanğınla nəticələnən partlayış baş verib.

22:33

Mingəçevirdə Kür çayında qayıqda yanğın olub.

"Report"un Qərb bürosunun məlumatına görə, qayıqda hələ dəqiq məlum olmayan səbəblərdən yanğın olub.

Hadisə nəticəsində 8 nəfər xəsarət alıb. Onlardan ikisinin vəziyyəti orta-ağır, digərlərinin vəziyyəti kafi və qənaətbəxş hesab edilir.

Zərərçəkənlər xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top