Ölən sevgilisinin intim fotolarını satdı,150 min qazandı

DÜNYA 22 iyn 2024, 22:40

Polşada yaşayan Ukrayna vətəndaşı Andrey Tarasçuk ölən sevgilisinin intim fotolarından 150 min avro qazanıb.

Demokrat.az Teleqraf.com-a istinadən xəbər verir ki, kişi qəzada faciəvi şəkildə həyatını itirən 29 yaşlı sevgilisi üçün OnlyFans saytında hesab açıb.

Şübhəli şəxs saytda qadının sağlığında çəkilmiş intim fotolarını dərc edib.

Qadın bu fotoları sevgilisinə özəl olaraq göndərib. Mərhumun dostları hesabdan təsadüfən xəbər tutublar və hüquq-mühafizə orqanlarına müraciət ediblər.

Həmin şəxs Polşa polisi tərəfindən saxlanılıb. Mərhumun yaxınları şübhəlinin həbsini və təzminat tələb edirlər. Amma onun sadəcə Polşadan deportasiya olunacağı bildirilir.

OnlyFans Böyük Britaniyada fəaliyyət göstərən platformadır, əsasən böyüklər üçün məzmun yayımı ilə məşğuldur.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top